SEPAH AZƏRBAYCANI MƏHV ETMƏKLƏ HƏDƏLƏDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.Bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib. Paylaşılan

İRƏVAN NAXÇIVANA DƏHLİZ AÇMAĞA MƏCBURDUR

Ermənistan Azərbaycan, Rusiya, Türkiyə və İranla danışıqlar aparmalıdır. 9/10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin müzakirəsindən qaçmağa ehtiyac yoxdur. Bunu

QUBADA MƏKTƏBLİLƏRİN QAZİLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB

Mahir Nağıyev adına Quba Rayon Xaruşa kənd orta məktəbində Vətən müharibəsi

İSRAİLƏ QARŞI 5 CƏBHƏ AÇILIR?

İsrail və HƏMAS arasında hazırki münaqişə olduqca uzunmüddətlidir və geniş eskalasiya üçün başlanğıc nöqtələri mövcuddur.Bu fikirlər Səudiyyə Ərəbistanı və Bəhreyndə

QUBA TƏHSİL MƏRKƏZİNDƏ TİBBİ TƏDRİS KURSLARINA TƏLƏBƏ QƏBULU DAVAM EDİR

Quba Təhsil Mərkəzi MMC Tibbi tədris kurslarına tibb bacısı və əczaçı satıcı ixtisasları üzrə qəbul elan edir. Kursda ilk tibbi yardım, uşaq xəstəliklərində- daxili xəstəliklərdə-cərrahi xəstəliklərdə-kurort və sanatoriyalarda tibb bacısı işinin təşkili, xalq təbabəti, Fizioterapiya, Farmokologiya, Dərman formalarının texnologiyası, Farmakoqnoziya, insan anatomiyası və kompyuter texnalogiyaları tədris olunur. Dərslər Ali təhsilli həkimlər, müəllilər və tanınmış psixoloq-loqoped Fidan Bağırova tərəfindən keçilir. Tibbi tədris kurslarında tibb bacısı işi, əzələ və damar iynəsinin vurulması, sistem qoymaq, qan köçürməklə yanaşı zəli qoymaq, qan alma və banka qoyma da öyrədilir. Sanatoriya, kurort və istirahət mərkəzlərində istifadə olunan fizioterapiya alət və avadanlıqlarından istifadə qaydaları izah olunur. Qeyd edək ki, dərslər Dövlət Tibb Kollecləri üçün hazırlanmış dərs proqramlarının sadələşdirilmiş formasında tədris olunur.Təhsil Mərkəzində dərslər müassir əyani vasitələr və tədris avadanlıqları ilə təhciz olunmuş auditoriyalarda keçirilir. Tələbələrin keçilən dərsləri daha daha aydın şəkildə anlamaları üçün, mərkəzdə bütün növ tibbi alətlər və manikenlər də mövcuddur. Hal hazırda Quba Təhsil Mərkəzində Şimal regionunun bütün bölgələrindən təhsil alan gənclər mövcuddur. Habelə Quba rayonunda yaşayan IX,X,XI-ci sinif şagirdləri kurslarda dinləyici qismində iştirak edirlər.Mərkəzdə çalışan həkimlərin hər biri müəllim olmaqla yanaşı, həm də gözəl ailə başçıları, analardırlar. Odur ki, həkimlərimiz tələbələrə tibb bacısı işini öyrətməklə yanaşı, həm də qızlarımızı ailə həyatına hazırlayır, onlara körpəyə qulluq və ailə münasibətlərini öyrədirlər. Axı bugünkü qızlarımız gələcəyin analarıdırlar.Quba Təhsil Mərkəzində qızlarla yanaşı, oğlanlar da təhsil alır. Gələcəyin əsgəri olacaq oğlanlarımız təhsil müddətində fövqəladə vəziyyətlərdə, hərbi xidmət və ilkin tibbi yardım lazım olan hər bir vəziyyətdə professional müdaxilə və yaranmış situasiyanın idarə olunmasına dair biliklərə yiyələnəcəklər.Əziz valideyinlər, qloballaşan dünyada tibb elminin inkişafı sürətlə gedir. Eyni zamanda ekoloji problemlər və süni qidalar bir çox xəstəliklərin çoxalmasına, epidemiyanın yayılmasına səbəb olur. Məhz bu səbəbdən də hər bir ailədə tibbi biliklərə malik birinin olması zərurət halına çevirilib. Quba Təhsil Mərkəzi sizə bu işdə yardımçı ola bilər. Odur ki, övladlarınızı bizə etibar edin. Onlara ilk tibbi biliklərə yiyələnməkdə dəstəkçi olun! Hal hazırda kurslarımıza qəbul davam edir.

Təhsil müddəti bir dərs ili, 9 aydır

Dərslər həftənin 5 günü, 4 saat olmaqla keçilir

Tədrisi uğurla bitirən məzunlara diplom və sertifikatlar verilir

Ünvanımız : - Quba şəhəri Fətəlixan küçəsi 41A

Əlaqə nömrələrimiz

+994 50 789 32 55

+994 50 359 07 76

+994 50 669 33 29

+994 55 795 27 20 

{youtube}U1oDcnLGPEQ{/youtube}

NÜGƏDİLİLƏR ÖLKƏ BAŞÇISINA ÖZ MİNNƏTDARLIQLARINI BİLDİRİBLƏR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kənd inzibati

AZƏRBAYCAN ZƏNGƏZUR DƏHLİZİ ÜÇÜN ADDIM ATDI

Zəngəzur tarixi Azərbaycan torpağıdır. Çağdaş Azərbaycan Respublikası bu yerləri öz tarixi torpaqları saysa da Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə söyləyib.Adının sonundakı “zur” hissəciyi belə türk dilində "dərə", "yarğan" mənasını bildirən Zəngəzur tarixi qaynaqlardan da məlum olduğu kimi qədim Türk yurdu olub. Elə Türk yurdu olması idi ki, hər çağ savaşların əsas mərkəzi olurdu. Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən döyüşlərin məkanı olub Zəngəzur.1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etməsinə baxmayaraq həmin ilin 10 avqustunda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan 1 gün sonra, yəni 30 noyabrda Zəngəzur bölgəsi 2 yerə- Qərbi və Şərqi Zəngəzura parçalandı. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 81 erməni, 149 türk kəndi olmasına baxmayaraq həmin artıq XX əsrin ortalarında  Zəngəzurda 115 kənd yer üzündən silindi, bu etnik təmizləmə bir də əsrin sonlarında davam etdi.Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrından seçkilərdə qalib gələrək Azərbaycan prezidenti seçildikdən sonra ölkənin apardığə xarici siyasətdə bir çox müsbət dəyişikliklər oldu. Qazandığı hərbi güc sayəsində 30 ilə yaxın ermənistanın işğal altında saxladığı torpaqlarını azad edən Azərbaycan bu gün bütün dünyaya terorla mücdilə aparıb zəfər qazanan bir dövlət örnəyi olub, onun torpaqları uğrunda apardığı hərbi taktika və startegiyalar dünya hərb tarixinə bir yenilik kimi yazılıb. Bundan başqa isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb. Beləki, tarixi qələbəmizdən sonra türk dünyası daha da yaxınlaşdı.  Hələ 2009-cu il 3 oktyabrda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında Naxçıvanda yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına digər türkdilli dövlətlərdə qatılaraq Türkdilli Dövlətlər Təşkilatına dönüşdü. Türkdilli, Türksoylu ölkələr arasında artan əməkdaşlıq üçün isə Zəngəzur dəhlizinin böyük önəmi var. Bu dəhliz bu ölkələr arasındakı nəqliyyat əlaqələrinin təminatıdı. Çünki bir çağlar Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirməkdə məqsəd  türk dünyasının coğrafi parçalanması idi və parçaladı da. Amma 2020-ci ildə Ali Baş komandan İlham Əliyevin komandalığı altında Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra bölgədə durum köklü dəyişdi. İndi ölkə başçısı president İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq. Bununla da Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

{youtube}0SGdRzV2XmI{/youtube}

İSRAİL ORDUSU HƏMASIN KOMANDA MƏNTƏQƏSİNİ VURDU

İsrail ordusu Qəzzada HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma keçib. Bu barədə