"XOCALI SOYQIRIMI: İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏT"
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 277
			
	
        
		
			
		
		
	
	
		Quba “Soyqırımı Memorial Kompleksi”ndə "Konstitusiya və Suverenlik ili, Azərbaycanlılara qarşı soyqırımın  107-ci və Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq "Xocalı Soyqırımı: İnsanlıq Əleyhinə Cinayət" adlı hibrid formatda anım  tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın və Xocalı soyqırımı qurbanlarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər Azərbaycanın suverenlik uğrunda apardığı mübarizənin tarixi, xalqımıza qarşı törədilmiş soyqırımların, o cümlədən Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanıdılması və bu hadisələrin milli kimliyimizə təsirini qeyd etdilər. Xatırladıldı ki, Xocalı hadisəsi mülki əhalinin tamamilə məhv edilməsi məqsədilə həyata keçirilmiş soyqırımı aktıdır. Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın xüsusi qəddarlıqla qətlə yetirilib.  1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				