PREZİDENT PAKİSTANIN BAŞ NAZİRİNİ BAKIDA BELƏ QARŞILADI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 296
			
	
        
		
			
		
		
	
	
		 
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.  Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdirdilər.
Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü olub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				