“ƏL CƏZİRƏ” TELEKANALI QARABAĞDA DAĞIDILMIŞ TARİXİ-MƏDƏNİ İRS HAQQINDA REPORTAJ YAYIMLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1433
			
	
        
		
			
		
		
	
	
		Nüfuzlu “Əl Cəzirə” telekanalı ermənilərin Qarabağda məhv etdikləri Azərbaycan xalqına məxsus  tarixi-mədəni irs abidələri haqqında reportaj yayımlayıb. Reportajda tədqiqatçı Bayram Niftəliyev 30 ilə yaxın işğal dövründə ermənilərin tarixi mədəniyyət abidələrini, muzeyləri, təhsil müəssisələrini, kitabxanaları, qəbiristanlıqları, məscidləri, alban və rus ortodoks kilsələrini məhv etdiklərini söyləyib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				