“ŞEYX NİZAMİ GƏNCƏVİ” PYESİ ÖZBƏKİSTAN SƏHNƏSİNDƏ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 591
			
	
        
		
			
		
		
	
	
		Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin dahi Azərbaycan  şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistan Respublikasının ən qədim şəhərlərindən olan Səmərqəndin Vilayət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda tamaşaya qoyulub. Tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhram Safoyev, baletmeysteri Mədinəxan Erqaşeva, rejissor assistenti Anabibi Mardiyevadır. Tamaşada əsasən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin və Müslüm Maqomayevin musiqi əsərlərindən istifadə olunub.Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Ümumilikdə səhnə əsərində 35 nəfərlik bir heyət iştirak edir. Səmərqənd Vilayəti Musiqili Drama Teatrının səhnəsində təmir işlərinin tamamlanma müddəti növbəti aya qədər uzadıldığına görə tamaşaya martın 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilib. Daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak ediblər. Tamaşanın premyerası martın 11-12-də olacaq. May ayında isə səhnə əsərinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində nümayişi nəzərdə tutulur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				