“ELİN SƏSİ”NDƏ YAŞAYACAQ MUSİQİLƏR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 599
			
	
        
		
			
		
		
	
	
		TELEVEZİYALARDA BELƏ VERİLİŞ YOXDUR
Hər çağ yenilikləri ilə izləyicilərin marağını qazanan Qafqaz Tv bu dəfə də bir ilkə imza atıb.  Azərbaycan teleməkanında ilk dəfə qədim Türk alaçığından  yayım edib. Belə ki, televiziyanın yeni layihəsi olan “Elin səsi” verilişinin çəkilişləri bu alaçıqda çəkilir. Verilişin önəmi isə bir ilkə imza atmaqdan çox unudulmaqda olan gələnəklərimizin, musiqilərimizin və musiqi alətlərimizn dirçəldilməsi, yaşadılması və milli irsimizin qorunması yönündə görülən işlərə dəstək olmaqdır.
 “Elin səsi” verilişinin yeni olmasına baxmayaraq Türk dünyasının tanınan musiqiçiləri artıq bu verilişin qonaqları olublar. Verilişin qonaqları arasında əski Türk musiqi alətləri ifaçısı, ozan Səmih İpək, Güneyli aşıq Çingiz Mehdipur, Qazaxıstanın etnofolklor qrupu “Turan” qrupu da var. 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəvəti ilə Azərbaycan gələn “Turan” qrupu “Elin səsi” verilişində əski Türk musiqi alətlərində ifaları, Türk dünyasının birliyə səsləyən mahnıları ilə Türk  musiqisinin gücünü göstərmiş oldu. Fondun sözçüsü Günel Yaz verilişi Türk dünyasının sevən insanlar üçün bir ərmağan olduğunu vurğulayır.
Verilişin aparıcısı tanınan musiqiçi Murad Kəngərli qədim Türk alaçığında çəkilən “Elin səsi” verilişinin unudulmaqda olan əski musiqi alətlərində ifalarla, türk dilli dövlətlərin və xalqların gələnəksəl musqiləri ilə izləyiciləri sevindirəcəyini bildirdi.
Onu da xatırladaq ki, Azərbaycanın turizm və biznes kanalı olan Qafqaz tv  bilgiləndirici və öyrədici verilişləri ilə izləyicilərinin böyük  marağını qazana bilib. Televeziyanın “Elin səsi” adlı yeni proyekti isə tək Azərbaycanın deyil, bütün Türk dünyasının və Qafqazın etno musqilərinin doğal səsini qoruyub saxlamaq, bu musqiləri yaşatmaq məqsədi daşıyır. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				