“BEYNƏLXALQ ORDU OYUNLARI – 2021” TANKÇILARIMIZ QRUP İKİNCISI OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1377
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu  Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib. Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb. Belarus birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				