“AZƏRBAYCAN KASKADYORLAR AKADEMİYASI"NI KİM YARADIB ?
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1481
			
	
        
		
			
		
		
	
	
		Adi bir insanın edə bilməyəcəyi, ciddi zədə və ölümə səbəb ola biləcək müxtəlif hərəkətlər etməsi, bir kaskadyorun  vəzifələrinə daxildir. Kaskadyorlar at sürür, avtomobil yarışlarında iştirak edir, yüksəkliklərdən tullanır, rəqiblərin zərbələrini dəf edir, suyun dərinliyinə dalır, alova bürünmüş evlərə girirlər. Bu günkü sujetimizin qəhramanı da kaskadyordur. Onu bəlkə də çoxunuz tanımırsız. Ancaq həmyerlimiz Sain Fərhad Fərmanlını demək olar ki, kino sahəsində çalışan hər kəs tanıyır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				