ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUNUN MİNAATAN BÖLMƏLƏRİNDƏ DÖYÜŞ HAZIRLIĞI MƏŞĞƏLƏLƏRİ KEÇİRİLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1507
			
	
        
		
			
		
		
	
	
		Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat  verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.
Məşğələlərdə bölmələrin atəş mövqelərini və komanda müşahidə məntəqələrini tutması, minaatan qurğularının döyüşə və səfərə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması məşq etdirilir.
Şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilən məşğələlərdə bölmələr döyüş tətbiqinə hazırlanaraq planlı və plandankənar hədəflərə döyüş atışları icra edirlər.
Minaatan bölmələrində döyüş hazırlığı məşğələləri plana uyğun davam edir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				