ŞƏHİD AİLƏLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1382
			
	
        
		
			
		
		
	
	
		Quba rayon icra hakimiyyətində keçirilən növbəti görüşə 1-ci Nügədi, 2-ci Nügədi, Amsar Qışlaq  kəndləri,   Zərdabi və  Bağbanlı qəsəbələri üzrə Vətən Müharibəsi Şəhidlərinin ailə üzvləri dəvət olunmuşdu. Sosial və kommunal xidmət sahələri rəhbərlərinin, yerli inzibati ərazi vahidliyi üzrə səlahiyyətli nümayəndələrin və bələdiyyə sədrlərinin də iştirak etdiyi görüşdə şəhid qəhrəmanlarımızın ailə üzvlərinin istək və arzuları dinlənib, onların sosial məsələlərinin həlli məqsədilə aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				