ŞUŞA ƏTRAFINDA YERLƏŞƏN BÖLMƏLƏRİMIZİN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1484
			
	
        
		
			
		
		
	
	
		Avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki  qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				