YAP QUBA RAYON TƏŞKİLATI ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN İFTAR SÜFRƏSİ AÇDI
Baxış sayı: 13
4 mart 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı tərəfindən “Nərgiz Plaza” şadlıq sarayında şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şəhid ailə üzvləri , Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra onların ruhuna “Yasin” surəsi oxunub. Din xadimləri tərəfindən xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.Bildirilib ki, müqəddəs Ramazan ayının mənəvi dəyərlərini əks etdirən belə xeyirxah tədbirlərin keçirilməsi cəmiyyətimizdə həmrəyliyin və birlik ruhunun daha da güclənməsinə xidmət edir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin apardığı sosial siyasətin əsas istiqamətlərindən biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasının da bariz nümunəsidir. Çıxış edənlər qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını,şəhid xanımlarını, bacılarını və qız övladlarını təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin və gözəlliyin rəmzi olduğunu söyləyiblər. Daha sonra şəhid analarına və onların ailə üzvlərinə şəhidlərin adına hazırlanmış döş nişanları və gül dəstələri təqdim olunub. Tədbirdə çıxış edən şəhid ailələri göstərilən diqqətə və qayğıya görə Prezidnet İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
