VƏLVƏLƏ MƏKTƏBİNİN YOLUNA TRAMPLİN QURAŞDIRILACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 634
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vəlvələ kənd inzibati ərazi dairəsinin Paşaoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba  Rayon Polis şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				