VƏLVƏLƏ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İNŞA OLUNUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 475
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsinin  Paşaoba kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				