TÜRKİYƏNİN KƏMƏRKÖY İES-NƏ YAXIN ƏRAZİDƏ BAŞ VERƏN MEŞƏ YANĞINLARI SÖNDÜRÜLÜB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1391
			
	
        
		
			
		
		
	
	
		Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına yaxın ərazidə  baş verən meşə yanğınları stansiyanın əsas binasına çatmadan söndürülüb. Bölgədə əsən küləyin təsirindən qısa zamanda yayılan alov İES üçün təhlükə yaradıb. Stansiyaya yarana biləcək təhlükə riskinin qarşısını almaq üçün onun ətrafında xəndəklər qazılıb. Bölgəyə cəlb olunan çox sayda yanğınsöndürən briqadanın səyləri nəticəsində yanğının qarşısı alınıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				