TİKİBLƏR İZİ QALA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1533
			
	
        
		
			
		
		
	
	
		Bu qala bizim qala Həmişə bizim qala Tikmədim özüm qalam Tikdim ki, izim qala.Əsrlərin sınağından keçərək  izləri çağdaş günümüzə qədər gəlib çatan, başı buludlara çatan bu qalanın hər daşı bizə qəhrəmanlıqlarla dolu bir tarix danışır. Dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən bu qala yurdu yadellei işğalçılardan qorumaq üçün tikilən bir istehkamdı. Deyilənlərə görə düşmən hücumları zamanı bu qalada tonqallar qalanar, həyəcan xəbəri digər qalalara göndərilərmiş. Elə ondandır ki, el arasında bu qalanın olduğu qaya “Çıraqqaya” adlanıb. Qayanın adından da bu qalanın adı Çıraqqala olaraq qalıb. Çıraqqala Şabran rayon mərkəzindən təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. İstehkam məqsədilə tikilən bu qala Gilgilçay səddinin baş qarovulxanası olub. Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Tarixinə gəlincə, tarixçilər belə güman edirlər ki, qala böyük ehtimalla, eradan əvvəl IX-VIII əsrlərdə Manna dövründə tikilib. Bu barədə Aşşur 
    
        
                    
            
	
	
				
				
		
	
	
				