TEZLİKLƏ XARUŞA KƏNDİNİN İŞIQ MƏSƏLƏSİ HƏLL OLACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 398
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Talabıqışlaq kənd inzibati ərazi dairəsinin  Xaruşa kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib.Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Xaruşa kənd ümumi orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Nağıyev Mahir Şahin oğlunun büstü və təhsil müəssisəsində yaradılmış Şəhid xatirə guşələri ilə tanış olub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				