TANK BÖLMƏLƏRİMİZ MƏŞĞƏLƏLƏRƏ BAŞLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1383
			
	
        
		
			
		
		
	
	
		2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş  hazırlığı məşğələləri keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir. Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				