SƏDƏRƏK YENƏ ATƏŞƏ TUTULDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 829
			
	
        
		
			
		
		
	
	
		 Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki,  Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən o da bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				