Bakının müxtəlif yerlərində “Mini Sədərək”, “Sədərək qiymətinə” kimi ad və reklam çağırışlarına rast
gəlirik. Bu da Sədərək Ticarət Mərkəzinin adının alıcılar arasında nə qədər tanındığını göstərir. Bəs Sədərəyi bu qədər məşhur edən nədir? Bir ticarət mərkəzinin adının başqa mağazaların reklam çağırışına çevrilməsi təsadüfi deyil. Paytaxtın müxtəlif yerlərində “Sədərək qiymətinə” ifadəsinin işlədilməsi bu adın alıcıların düşüncəsində sərfəli alış-verişlə bağlandığını göstərir. Sədərək Ticarət Mərkəzi uzun illərdir geniş məhsul çeşidi, topdan və pərakəndə satış imkanları ilə Azərbaycanın tanınmış ticarət məkanlarından biri kimi fəaliyyət göstərir. Onlayn alış-verişin sürətlə yayıldığı bir dövrdə Sədərəkdə alıcı məhsulu yerində görmək, keyfiyyətini yoxlamaq, qiymətləri qarşılaşdırmaq və satıcı ilə birbaşa danışmaq imkanı qazanır. Bu gün Sədərək yalnız alqı-satqı məkanı deyil, həm də çoxsaylı sahibkarın və işçinin qazanc yeridir. Onun adının başqa mağazaların reklamında işlədilməsi isə illər ərzində qazandığı tanınmanın göstəricisidir. Sədərək — adı özü reklam çağırışına çevrilən ticarət mərkəzi!
