SARIALILI YURDU- SARILI XƏŞTAB KƏNDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1617
			
	
        
		
			
		
		
	
	
		Zəngilan rayonunun Sarılı Xəştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə  alınıb. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunub. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.27 il erməni işğalı altında qalan bu qədim Yurd yeri 2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				