RUSİYALILAR BU YAY İSTİRAHƏT ÜÇÜN BAKINI SEÇİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 652
			
	
        
		
			
		
		
	
	
		Rusiyada bu yay istirahətlərini özləri planlaşdıran turistlər Soçi, Bakı və İstanbulda dincəlmək qərarına gəliblər. Tutu.ru portalının apardığı sorğuya görə,  rusiyalılar artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər. Xarici ölkələrə səyahət etmək istəyən rusiyalılar üç şəhəri - Bakı, Antalya və İstanbulu seçirlər. Səyahətçilər paytaxtın hava qovşağından bu şəhərlərə uçmağı planlaşdırırlar.Qeyd edək ki, Turistlər əsasən Rusiya ətrafında səyahətə maraq göstərirlər, Soçi isə populyarlıq baxımından əsas istiqamət olaraq qalır. Həmçinin səyahətçilər Moskva, Sankt-Peterburq, Kalininqrad və Minvodıya bilet bron edirlər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				