REZİDENTURAYA QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİ İLƏ BAĞLI APELLYASİYA KOMİSSİYASI FƏALİYYƏT GÖSTƏRƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1413
			
	
        
		
			
		
		
	
	
		Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə ikinci cəhddə biliklərin   qiymətləndirilməsi imtahanının nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına avqustun 6-8-də müraciət edə bilərlər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				