RAYON RƏHBƏRİ ŞƏHİD XATİRƏ GUŞƏLƏRİNİN QARŞISINA GÜL DƏSTƏLƏRİ DÜZDÜ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 251
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Püstəqasım kəndində vətəndaşların səyyar qəbulunu keçirib.   Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Püstəqasım kəndində yaradılmış Şəhid xatirə guşələrinin qarşısına gül dəstələri qoymuşdur.
#Quba #Rustov #Püstəqasım #səyyarqəbul
    
        
                    
            
	
	
	
				
				
		
	
	
				