RAYON QEYDİYYATLI MAŞINLARIN PAYTAXTA GİRİŞİNƏ QADAĞA QOYULUR?
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 397
			
	
        
		
			
		
		
	
	
		Bakıda 11-22 noyabr tarixlərində keçirləcək COP29 tədbirləri zamanı paytaxtda sıxlığın qarşısını almaq üçün müəyyən addımlar atılır:  artıq orta məktəblərdə bayram günləri də daxil olmaqla, 8 noyabrdan 24 noyabra qədər tətil elan edilib, ali məktəblərdə isə 14-22 noyabr tarixlərində tədris onlayn formada keçiriləcək. Eyni zamanda, COP29 zolaqları çəkilib, 11-13 noyabr tarixləri üçünsə bir çox yolların bağlanacağı rəsmən elan edilib.
Bəs görəsən sıxlığın qarşısını almaq üçün Rayon qeydiyyatlı maşınların Bakıya girişinə qadağa qoyulacaqmı ? Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq. Qafqaz TV Trend-ə istinadən bildirir ki,bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəis müavini Namidan Piriyev deyib. O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.
    
        
                    
            
		
	
				
				
		
	
	
				