QUSARDA 4 YAŞAYIŞ MƏNTƏQƏSİNİN YOLU ƏSASLI YENİDƏN QURULUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1370
			
	
        
		
			
		
		
	
	
		Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti norma və standartlara uyğun olaraq yeni  yol geyiminin tikilməsi istiqamətində işlər aparılır.Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Asfaltlanma işlərinin 75 min kv.metr sahədə aparılması nəzərdə tutulur.Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.Qeyd edək ki Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				