QUBANIN İSPİK KƏNDİNDƏ YENİ İŞ YERLƏRİ AÇILACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 573
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İspik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların  səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı Rayon rəhbəri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.
İspik kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə İspik kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Dadaşov Neman Dadaş oğlunun büstü və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				