QUBADA “MEDİADA AZƏRBAYCAN DİLİ” TƏLİMİ KEÇİRİLİB
Baxış sayı: 12
Bu gün Qubadakı Heydər Əliyev Mərkəzində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası tərəfindən “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi. Təlimdə Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən jurnalistlər, eləcə də dövlət və özəl qurumların mətbuat xidmətlərinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu təşəbbüs paytaxt Bakıda keçirilən və iki ay davam edən təlim proqramının davamı olaraq regionlarda da media nümayəndələrinin peşəkar bacarıqlarının artırılması məqsədi daşıyır.
Təlim zamanı mediada Azərbaycan dilinin düzgün istifadəsi, ədəbi norma və üslub qaydaları, informasiya mətnlərinin hazırlanmasında dilin rolu və aktual problemlər müzakirə olunub. İştirakçılara həm nəzəri biliklər təqdim edilib, həm də praktiki nümunələr üzərində izahlar aparılıb.
Təşkilatçılar bildiriblər ki, bu kimi təlimlərin əsas məqsədi media mühitində dil qaydalarının qorunması və inkişaf etdirilməsi, jurnalistlərin və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin peşəkarlıqlarının artırılmasıdır.
Təlimin regionlarda davam etdirilməsi nəzərdə tutulur.
