QUBADA ŞƏHİD ANASININ YOL MƏSƏLƏSİ HƏLL OLUNDU

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xaltan kənd inzibati ərazi dairəsinin Nütəh kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçımıza öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta məktəbində yaradılmış Şəhidlərin xatirə guşəsinin qarşısına gül dəstələri düzüb.