QUBADA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 603
			
	
        
		
			
		
		
	
	
		Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri  ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün ulu öndər Heydər Əliyevin əziz xatirəsi Quba rayonunda da dərin hörmət və ehtiramla anıldı. Səhər saatlarından etibarən rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları eləcə də ictimayət nümayəndələri ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər. Daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunan Əbədiyaşar Lider adlı konfrans keçirildi. Konfransda çıxış edən İcra Hakimiyyəti başçısı İlqar Mahmudov və DTX-nin Quba rayon şöbəsinin rəisi Elcan Süleymanov bildirdi ki, siyasi və iqtisadi vəziyyətin gərgin olduğu, hakimiyyət böhranının dərinləşdiyi bir vaxtda yenidən hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyev ölkədəki tənəzzülü aradan qaldırmaq üçün müdrik addımlar ataraq müasir Azərbaycan dövlətinin qurucusuna çevrildi. Bu siyasi xətt indi də uğurla davam etdirilir. Digər natiqlər Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişini Azərbaycanın müasir tarixinin şərəfli səhifələri kimi qeyd ediblər.Konfrasda həmçinin ulu öndərə həsr edilən sənədli film nümayiş etdirildi.
    
        
                    
            
	
	
				
				
		
	
	
				