QUBADA ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 352
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının Quba bölməsinin birgə təşkilatçılığı ilə  8 Noyabr - Zəfər Günü ərəfəsində Mərkəzi Qan Bankının Quba bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilib. Qeyd edək ki, qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				