QUBADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ EHTİRAMLA ANILIB
Baxış sayı: 45
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün ulu öndər Heydər Əliyevin əziz xatirəsi Quba rayonunda da dərin hörmət və ehtiramla anılıb. Səhər saatlarından etibarən rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları eləcə də ictimayət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış və nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
