QUBADA "TARİX YAZAN QƏHRƏMANLAR" ADLI FESTİVAL KEÇİRİLDİ
Baxış sayı: 16
Quba-Xaçmaz Reginal Mədəniyyət İdarəsinin təşkilatçııığı ilə B. Səfəroglu adına Quba rayon Mədəniyyət Mərkəzində tarixi Zəfərin 5-ci ildönümünə həsr edilmiş "Tarix yazan qəhrəmanlar" adlı incəsənət festivalı keçirilib. Festivala Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Bakı və eləcə də Qazaxıstandan olan istedadlı məktəblilər,gənclər,ayrı-ayrı kollektiblər qatılıb. Müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak eydiyi festival"Zəfər tabloları"rəsm sərgisinə baxışla start götürüb. Daha sonra rəsm müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıb. Festivalın rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin və ərazi büyövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasənın Döbıət Himni sədıəndirilib. Çıxış edən natiqlər, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizin müasir Azərbaycan tarixində şanlı salnamə yaratdığını bildiriblər. O cümlədən Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarova bu kimi tədbirlərin yeni nəslin hərbi bətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər. Festival ayrı-ayrı kollektivlərin ifasında rəngatəng çıcışlarla davam edib.
