QUBADA MİLLİ QƏHRƏMAN RAFİQ NƏSRƏDDİNOV ANILIB

Quba Tarix-Diyarşünaslıq Muzeyinin Şəhidlər Muzeyində Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi və Qubalı qəhrəmanların Vətən müharibəsində keçdiyi döyüş yoluna həsr olunan tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, Milli Qəhrəmanın ailə üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rafiq Nəsrəddinovun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib, onun Vətən qarşısındakı xidmətlərindən danışılıb. Milli Qəhrəmanın ailə üzvləri xatirələrini bölüşüblər. Tədbirdə Cabir Alpoğlu Albantürkün “Səngərdən keçən şanlı ömürlər – Qubalı qəhrəmanların Vətən savaşı” kitabı da təqdim olunub. Nəşrdə Quba rayonundan Vətən müharibəsində iştirak edən qəhrəmanların həyat və döyüş yolu əksini tapıb. Qeyd edək ki, belə tədbirlər qəhrəmanların xatirəsinin yaşadılmasına və onların şücaətinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.