QUBADA HADİSƏ: İKİ AVTOMOBİL TOQQUŞDU

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Kia” və “Opel” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərə ziyan dəyib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.