QUBADA DƏM QAZI CAN ALDI

Qubada dəm qazı daha bir insanın həyatına son qoyub. 1966-cı il təvəllüdlü İman Allahverdiyev yaşadığı

Quba şəhəri, SUM-12 yaşayış massivindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb. Belə ki, 60 yaşlı kişi çimmək üçün hamama daxil olub və bir müddət sonra onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Hadisə zamanı evdə heç kəs olmayıb. Məlumata görə, kişinin həyat yoldaşı qonaq getmək məqsədilə Rusiyaya səfərdə olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.