QUBA ŞƏHİDLƏR XİYABANINDA TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1368
			
	
        
		
			
		
		
	
	
		Can verib yurdumuzu yaşadan şəhidlərimiz, qan töküb yeni bir zəfər səlnaməmizə imza atan qazilərimiz  məmləkətimizin baş ucalığı,xalqımızın iftixar duyulanlarıdır.Vətən üçün savaşıb dövlət və xalq adına Zəfər tarixi yazanlarımız daim ehtiramla xatırlanacaq, şücaətləri gələcək nəsillər üçün dastanlaşacaq. Quba rayonunda da şəhid qəhrəmanlarımızın əziz xatirəsi  daim ehtiramla yad olunur.Rayonun Şəhidlər Xiyabanının yenidən qurulması, fədailər ziyarətgahında aparılan təmir-bərpa işləri qubalıların əməliylə ölməzləşənlərə ehtiramının nümunəsidir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				