Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rük kənd inzibati ərazi dairəsinin Qarxun kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, Quba rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə kənd sakinlərini ətraflı bilgiləndirib. Vətəndaşlar tərəfindən səsləndirilən müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerində müvafiq tapşırıqlar verilib.Kənd sakinləri onların müraciətlərinə həssas yanaşılmasına, bölgələrin inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qarxun kəndində inşa edilən Şəhidlərin xatirə guşəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb.
