QARS-İĞDIR-NAXÇIVAN DƏMİR YOLU LAYİHƏSİ

Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi Qars-İğdır-Aralıq-Dilucu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd əraziləri) dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edib. Yaponiyanın MUFG bankı başda olmaqla kreditorlar qrupu ilə Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi arasında müvafiq razılaşma əldə olunub. Bu müqaviləyə İsveç və Avstriyanın kredit strukturları, o cümlədən EKN və OeKB, həmçinin İslam İnkişaf Bankının ayrı-ayrı bölmələri də qoşulub.Qars və Naxçıvan arasında dəmir yolu layihəsi Türkiyə Nəqliyyat Nazirliyi yanında infrastruktur investisiyaları üzrə Baş idarənin xətti ilə həyata keçirilir. Onun regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına Layihənin məqsədi regional nəqliyyat və ticarət əlaqələrinin inkişafına töhfə verməkdir. Həmçinin layihə Türkiyə ilə Naxçıvan (Azərbaycan) arasında dayanıqlı dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur. Belə bir dəmir yolu xəttinin açılması Naxçıvan MR-nın Sədərək rayonunun AİZ-ya çevrilməsini labüd edir. Belə ki, Sədərəyin AİZ-ə çevrilməsi təkcə iqtisadi deyil, həm də geosiyasi mövqeyimizi gücləndirəcək. İran və Türkiyə ilə paralel iqtisadi əlaqələrin gücləndirilməsi, bölgədə diplomatik balans yaradacaq. Türkiyə və İranla sərhəd buranı iki regional bazara birbaşa çıxış nöqtəsinə çevirir. Belə zona yaradılarsa, Sədərək də Ələt kimi beynəlxalq status ala bilər. Zəngəzur dəhlizi açıldıqdan sonra isə, onun təhlükəsizliyi və sabitliyi məhz Sədərəkdən başlayacaq. Bu zonanın güclü iqtisadi baza ilə dəstəklənməsi, təkcə sərhədin yox, həm də dövlətçiliyin qorunmasıdır. Burada açılacaq dəmir yolu, Türkiyə ilə logistik bağ və İranla ticarət körpüsü var. Bu səbəbdən Sədərəyin Azad İqtisadi Zonaya çevrilməsi milli strateji zərurətdir. Qeyd edək ki, yeni sazişi də nəzərə alınmaqla, Türkiyənin bu il infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün cəlb etdiyi xarici resursların ümumi məbləği təxminən 6 milyard ABŞ dollarına çatıb. Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsi 2028-ci ilə qədər həyata keçiriləcək. Türkiyənin Qars şəhərindən Azərbaycan sərhədinə qədər dəmir yolu xəttinin uzunluğu 224 km təşkil edəcək.