PREZİDENTİN RUSİYAYA SƏFƏRİNİN ƏSAS ƏHƏMİYYƏTİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 462
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.  Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.
  Səfər xüsusilə iki konteksdə əhəmiyyətlidir. Birincisi Azərbaycan Prezidentinin MDB Dövlət Başçılarının növbəti qeyri-rəsmi zirvə görüşündə iştirakı, ikincisi isə əlbətdə ki, Rusiya-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti və perespektivlərinin nəzərdən keçirilməsi. 
    
        
                    
            
		
	
				
				
		
	
	
				