PAŞİNYANA ALMA ATANI HANSI CƏZA GÖZLƏYİR?
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 448
			
	
        
		
			
		
		
	
	
		Albert Arstamyan Nikol Paşinyana alma atdığına görə ER Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməli törətməkdə ittiham olunub.  Bu bilgini vəkil Roman Yeritsyan verib. “Ona evdən çıxma qadağası qoyulub. Arstamyan almanı atanın o olduğunu etiraf edib, lakin bu əməlin xuliqanlıq kimi qələmə verilməsi ilə razılaşmadığını bildirib. İstintaq əməliyyat tədbirləri davam edir. Cinayət Məcəlləsi ittiham olunana cinayət əməlinə görə bu cəzaları nəzərdə tutur: Maksimum 1.500.000 erməni dramı məbləğində cərimə və ya 2 ildən çox olmamaq şərti ilə azadlıqdan məhrum etmə və ya bir aydan artıq olmamaq şərti ilə cəzaçəkmə müəssisəsində qısamüddətli həbs – deyə vəkil Roman Yeritsyan əlavə edib. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				