NATO-NUN BAŞ KATİBİ: AZƏRBAYCANA MİNNƏTDARIQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1496
			
	
        
		
			
		
		
	
	
		Əfqanıstandakı hava limanının təhlükəsizliyinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Qafqaz TV  “TRT Haber”ə istinadla bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, təxliyələr üçün gün ərzində fasiləsiz olaraq işlər görülür. “Türkiyə bu mövzuda mühüm rol oynayır. Xüsusilə Türkiyə, ABŞ və İngiltərəyə Kabildəki hava limanının təhlükəsizliyində vacib rol oynadıqlarına görə təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyində göstərdiyi dəstək üçün minnətdarıq”.
    
        
                    
            
	
	
				
				
		
	
	
				