Azərbaycanda 27 sentyabr ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq rəsmi şəkildə dövlət səviyyəsində "Anım Günü" kimi qeyd olunmasına baxmayaraq, 27 sentyabr Ermənistanda rəsmi "Anım Günü" kimi təqvimə daxil edilməyib,
çünki ölkə rəhbərliyi müxalifətin bununla bağlı qanunvericilik təklifini rədd etmişdir. Paşinyan hakimiyyəti müharibənin başladığı günü xüsusi qabartmaqla müxalifətin və müharibədə övladlarını itirmiş ailələrin etiraz dalğasını yenidən alovlandırmaq istəmir. Bu barədə News .am kanalı bilgi yayıb. Verilən bilgidə qeyd olundu ki, 44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyasında müğənni Tata Simonyanın əyləncə konsertinin kadrları yayımlanıb. Qafqaz TV Erməni KİV-lərinə istinadən bildirir ki, məhz müharibənin ildönümündə insanların əyləndiyi kadrların ölkənin İctimai TV-də yayımlanması ciddi rezonans doğurub. Ermənilər televiziyaya etiraz bildiriblər. Nəticədə İctimai TV xalqdan üzr istəyib. Kanal bunun məsuliyyətsizlikdən qaynaqlandığını, heç bir səbəblə əsaslandırılmasının doğru olmadığını bildirib və eyni halın təkrarlanmayacağına zəmanət verib.
