MUĞLANIN KÖYCEĞIZ RAYONUNDA BEŞ KƏNDİN ƏHALİSİ TƏXLİYƏ OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1316
			
	
        
		
			
		
		
	
	
		Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının şiddətlənməsi beş kəndin əhalisinin təxliyəsinə  səbəb olub. Rayonun Çayhısar, Sazak, Pınar, Zeytinalanı və Bəyabbası kəndlərinin əhalisi təhlükəsizlik məqsədilə tam şəkildə köçürülüb. Türkiyəyə qardaş yardımına gələn azərbaycanlı yanğınsöndürənlərin böyük bir hissəsi ötən gün Bakı vaxtı ilə saat 14:30 radələrində Sazak kənd məscidinin ərazisinə gəliblər. Burada yanğınsöndürənlərimiz müəyyən olunan təyinat üzrə işlərini davam etdirəcəklər. Bölgəyə yardım üçün gələn qüvvələrin əsas hissəsi buradan idarə olunur. Rayonun dörd bir tərəfindən yanğınlar müşahidə olunur. Daxili yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının asfalt yolları əhatə etməsi ciddi risklər yaradıb. Zəruri işlər, o cümlədən təxliyə, yanğın dövründə salınmış alternativ torpaq yollarla həyata keçirilir. Yanğınların qarşısını almaq üçün helikopter, ağır texnika və yağınsöndürən maşınlar intensiv çalışır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				