MN: ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1342
			
	
        
		
			
		
		
	
	
		Avqustun 5-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı  silahlardan atəşə tutub.Avqustun 5-i saat 23 - də və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				