MİLASDA ÇOXƏSRLİK AĞACLAR YANIB KÜL OLDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1563
			
	
        
		
			
		
		
	
	
		Türkiyənin Milas və Muğla rayonu haqqında sonuncu dəfə buranın turistik bir bölgə olduğu, tarixinin çox qədim  olduğu və Muğlada aparılan arxeoloji qazıntılar burdakı tapınaqlar və daş heykəllər haqqında bilgi vermişdik. İndi isə nə qədər acı olsa da göyünün üzünü qaraldan tüstü dumandan, çox əsrlik ağaclarının yanmasından və bu yanğının meşəlik ərazidən ətraf kəndlərə doğru daha çox irəliləməsi ilə aparılan mücadiləni paylaşırıq. İşlərinin çox olmasına baxmayaraq  Türkiyənin Anadolu Ajansının əməkdaşı Volkan Yıldız bu işdə bizə yardımçı olur. İnsanın gözü qarşısında bir canlının, bəli ağaclar da canlıdı, bu canlıların yanıb kül olmasını izləmək insanın ürəyini parçalamaya bilmir. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				