MEŞƏ YANĞINLARI İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1311
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında  olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər. Fövqəladə Hallar Nazirliyindən  bildiriblər ki, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar.
    
        
                    
            
	
	
				
				
		
	
	
				