KORONAVİRUS XƏSTƏLƏRİNƏ QULLUQ ÜÇÜN ROBOT YARADILDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1309
			
	
        
		
			
		
		
	
	
		İnsanabənzər robot Sofianı yaradan Honkonq alimləri səhiyyə sektorunda istifadə ediləcək yeni bir robot təqdim  ediblər.Qreys adlanan robot yaşlılara və ya təcrid olunmuş “COVID-19” xəstələrinə qulluq etmək üçün inkişaf etdirilib.Qreys Asiyaya məxsus  üz cizgilərinə və qəhvəyi saçlara sahibdir, mavi tibb bacısı forması geyinir. Sinəsində xəstənin temperaturunu ölçən bir termal kamera mövcuddur.Robot diaqnostika üçün süni zəkadan istifadə edir, eləcə də ingiliscə və Çin dilinin müxtəlif dialektlərində danışa bilir. Robot süni intellektin yardımıyla xəstələrin vəziyyətini yoxlayır.Təşəbbüskar Devid Henson açıqlamasında belə bir robotun pandemiya zamanı tibb işçilərinin işini asanlaşdıra biləcəyini bildirib.“Hanson Robotics” (Hensn Robatiks) və “Singularity (Singuleriti) Studio”nun direktoru David Leykin sözlərinə görə, Qreysin beta versiyasının avqust ayına qədər kütləvi istehsalına başlanacağı planlaşdırılır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				