Türkiyədə güclü yağışlar bir neçə bölgədə ciddi fəsadlara yol açıb. Ən ağır vəziyyət İstanbulda qeydə alınıb.
Şəhərdə küçələri və yolları su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb, yaşayış evlərinə və obyektlərə ziyan dəyib.Türkiyə rəsmilərinin məlumatına görə, İstanbulda son 83 ilin ən güclü yağışlarından biri qeydə alınıb. Oktyabrın 20-nə olan bilgiyə əsasən, sel nəticəsində şəhərdə 9 nəfər həyatını itirib. Bu barədə İstanbul valisi Davud Gül bilgi verib. Güclü yağışlar Kocaeli, Sakarya və Antalya bölgələrində də fəsadlara səbəb olub. Daşqınlar nəticəsində yollar, evlər və digər infrastruktur obyektləri zərər görüb. Fövqəladə xidmətlər ərazilərdə yaranmış fəsadların aradan qaldırılması və təhlükəsizliyin təmin olunması istiqamətində tədbirləri davam etdirirlər.
