İSTANBULUN HƏR İKİ QİTƏSİNDƏ DALĞALANACAQ TÜRK BAYRAĞI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1413
			
	
        
		
			
		
		
	
	
		Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun Çamlıca təpəsində ucaldılan Türkiyənin ən  hündür və ən böyük türk bayrağının bir bənzəri də şəhərin Avropa qitəsində dalğalandırılacaq. Bununla əlaqədar ölkə başçısının təlimatlarına əsasən, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlıq işləri başladılıb. İnşa edilən yeni bayraq dirəyinin yerləşdiyi ərazinin təməlinin tikintisinə 32 ton dəmir və 240 kubmetr beton istifadə edilib. Yeni növ texnologiyalarla hazırlanan bayraq dirəyinin ən alt hissəsinin uzunluğu 410 santimetr, ən üst hissəsi isə 140 santimetr olmaqla ümumi hündürlüyü 144,75 metr təşkil edəcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				